Tarixi dövr filmlərini çooooox sevirem Amadeus da o janrda izləyim ən təsirli filmlərdən biri oldu.Ssenari ,atmosfer,kostyumlar musiqilər sadəcə möhtəşəmmm idi.Ssenari saray bəstəkarı olan Antonio Salierinin baxış bucağından çəkilib.Salieri Mozartın dahiliyinə heyran olsa da ona qarşı dərin qısqanclıq və kin hissləri bəsləyirdi. Bu hisslər onu içdən-içə məhv edir və Mozarta qarşı müxtəlif manipulyasiyalar etməyə başlamışdı.Əsas məqam isə Mozartın Salierini özünə yaxın dost hesab etməsi idi. Halbuki Salieri onun uğurunu və istedadını qəbul etməkdə çətinlik çəkirdi. Salieri uğursuz insan deyildi o dövrünün uğurlu bəstəkarlarından biri idi. Sadəcə Mozartın ondan qat-qat istedadlı olmasını ilahi ədalətsizlik kimi görürdü. Ona görə Mozart kimi uşaqsı və məsuliyyətsiz bir insan belə böyük bir dahiliyə layiq deyildi.Film qısqanclığın insanı necə məhv edə biləcəyini göstərir. Filmin sonunda Salieri mənə elə bil şeytanın baxış bucağından danışan bir personajı xatırlatdı. O, Mozartı birbaşa məhv etməyə çalışmaqdan çox sanki onun enerjisini ruhunu və yaşamaq həvəsini yavaş-yavaş sorurdu. Salieri inanırdı ki, özü heç vaxt Mozartın kölgəsindən çıxa bilməyəcək və buna görə də uğur qazanmasının yeganə yolu Mozartın səhnədən silinməsi idi. Onun qısqanclığı artıq rəqabət hissi deyil, obsesiyaya çevrilmişdi və nəticədə həm Mozartı həm də özünü məhv etdi.